office@azrose.az

Yetişdirdiyimiz güllərə
sevgi ilə qayğı göstəririk.
Axı onlar sizin üçündür

AZ



AZROSE QƏBƏLƏ haqqında


Yetişdirdiyimiz güllərə sevgi ilə qayğı göstəririk.

“AzRose” xüsusi çeşid Qızılgüllərin yetişdirilməsi üçün Qəbələ rayonunun Vəndam kəndində Qızılgül istixanalarının quraşdırılması işlərinə 2017-ci ildən başlamışdır. Sektorda 90 illik holland təcrübəsinə sahib “Bosman van Zaal”` şirkəti ilə birlikdə texnolojik yeniliklərdən faydalanaraq qurmaqda olduğumuz Qəbələ istixana kompleksinin ərazisi 3 hektar olmaqla, illik istehsal gücü 200 - 220 ədəd/m2 təşkil edəcəkdir. İstixana kompleksində hazırda 30 nəfər yerli işçi çalışmaqdadır. 2017-ci ildə dövlət dəstəyi ilə təməli atılan Qəbələ layihəmizdə ”Red Naomi”, “Avalanj”, “Talea”, “Aqua”, “Sweet Avalanj”, “Jumilia”, “Wow” və “London eye” kimi xüsusi qızılgül növlərinin yetiştirilərək yerli və xarici bazarlara satışa çıxarılması hədəflənir. Bazara çıxarılacaq məhsulların “Made in Azerbaijan” brendi ilə satılmasında əsas məqsəd həm ölkəmizin adını beynəlxalq arenada uğurla təmsil etmək həm də bu brend adı altında çeşidliliyin çoxalmasına fayda sağlamaqdır.





+ 994 50 5639678
info@azrose.az