AzRose

office@azrose.az

AZ

Güllərin Növləri

Avalanche+

Avalanche+

Qızılgül Avalanche


Qızılgül "Avalanche" - bütün qadınlar tərəfindən sevilən, ağ ləçəkləri və qönçələri olan klasssik formalı iri və gözəl gül növüdür. Əbəs yerə deyil ki, bəziləri hətta "Avalanche" nin ağ güllər üçün standart hesab edir . Ləçəklərin kənarında olan firuzəyiz rəng çaları gülün bəyazlığını xüsusi vurğulayır. Gülün çox yüngül və xoş ətri var. Bu növün yalnız rəngi deyil - çiçəyin həcmi də xüsusilə tam açıldıqdan sonra çox gözəldir.

Bu xüsusiyyəti də "Avalanche"-ı bir çox digər kiçik ağ güllərdən fərqləndirir. Çiçəkləri çoxləçəklidir və bir ədəd güldə təxminən 40 ədədə yaxın ləçək olur. Qızılgül davamlı olaraq hətta qızmar yay günlərində də açır. Əbəs yerə deyil ki, onu qar uçqunu adlandırırlar- bu həqiqətən də təravətli bəyazlıq uçqunudur, hansı ki istənilən bağın uzun aylar bəzəyinə çevrilə bilər. Cari qızılgül güldanda iki həftədən artıq qala bilmə xüsusiyyətinə malikdir.

Avalanche holland seleksioneri Leks Vooren tərfindən yaradılıb. O 15 yaşından etibarən güllərlə işləyib və qızıl gülləri bütün qəlbi ilə sevib. Təəccüblü deyil ki, o bugunə qədər floristlərin sevimlisi olan belə bir şedevri yaratmağa müvəffəq olub. “Avalanche” qızılgülündən tez tez toy və nişan mərasimləri zamanı gül buketlərində istifadə edilir, ancaq heç bir xüsusi səbəb olmadan da hədiyyə verilən bu qızılgül heç bir qadını biganə qoya bilməz.