AzRose

office@azrose.az

AZ

Güllərin Növləri

Talea+

Talea+

Rəngi: Qırmızı


Mərkəzində xəfif çəhrayı çalarlı qönçəsi olan fil sümüyü rəngində gözəl Talea qızılgülü istənilən çiçək tərtibatında möhtəşəm və zərif görünür. Dəri görünüşlü, sıx ləçəklər xırda tumurcuq şəklində birləşir, yan ləçəklərinin uclarında krem və yaşıl rəngin çalarları bu sehrli çiçəyə oynaqlıq və qeyri-müəyyənlik verir. Ləçəklərin təməlində çətinliklə sezilən kremli çəhrayı rəng çiçəyə bayram görünüşü verməkdədir. Bu son dərəcə zərif hibrid çay qızılgülü, 2004-cü ildə Hollandiyalı seleksionerlər tərəfindən (Lex Voorn) yetişdirilib. Lakin gözəlliyi və çox əziyyət olmadan bağda yetişdirilmək imkanı ilə Talea bütün dünyada seleksionerlər tərəfindən tanınmış və sevilmişdir. Onun çiçəkləri mərhələli açıldığıdından çiçəkləmə dövrünün bütün mərhələlərində klassikanın incəliyinə heyran olmaq imkanı verir. Hündür (10 sm-ə qədər) tumurcuqları yüngülvari dalğalı sıx ləçəkləri ilə sanki çəhrayı, süd, şaftalı və şampan rənglərinin çalarları ilə boyanır və zərif qoxu verir. Hətta kəsilmiş formada güldanda 10-12 gün qala bilir. Gözəlliyinin pik nöqtəsində mərkəzi hissəsindəki dolğun rəngi saxlamaqla çoxləçəkli (40-a qədər) çiçəklərin diametri 10-12 sm -ə çatır .