AzRose

office@azrose.az

AZ

Güllərin Növləri

Wow

Wow

Rəngi: Kremli Çəhrayı

Wow qızılgül növü hibrid çay gülüdür. Onun əsrarəngiz rəng çalarları gülün qeyri-adi cazibədarlığından xəbər verir. Budağında əksər hallarda 1-dən 4-ə qədər tumurcuq olur. Formaca şərab şüşəsinə bənzəyən, hündürlüyü 6 sm-ə qədər olan tumurcuq öz mərkəzi ilə yüksəkliyə doğru inkişaf edir. Açılmış çiçəyin diametri 14 sm-ə qədərdir. Tumurcuqların açılması uzun müddətə çəkir (bəzən 12 gün). Ləçəklərin rəngi parlaq narınci və al rəngdən qırmızı və alov qırmızısına kimi dəyişir.