AzRose

office@azrose.az

AZ

Qurduğumuz partnyorluqlarla əlaqə dairəmizi genişləndirir, gələcəyə uğurlu yatırımlar edirik

Tərəfdaşlarla daha çox yeni proyektlərə imza atacayıq


TƏRƏFDAŞLAR


Öz sektorunda 90 ildən çox təcrübəsi olan “Bosman Van Zaal” şirkəti ilə ən son texnologiyalar əsasında qurulan birgə layihələrimiz vasitəsilə maksimum məhsuldarlıq əldə edərək öz məhsulumuzu yetişdirmək potensialına sahibik.

1980-ci ildən fəaliyyətə başlamış, gül yağı emalı avadanlıqlarının satışı ilə məşğul olan Türkiyə mərkəzli şirkət, AzRose gül yağı emalı zavodunun avadanlıqlarının hazırlanması və qurulması işlərini həyata keçirmişdir.

Gül Yağı Emalı müəssisəsinin suvarılma sistemi üçün lazım gələn texnologiyanı 1970-ci ildə İsraildə qurulan və öz sektorunda geniş təcrübəyə malik Metzerplas Cooperative Agricultural Organization Ltd. təmin etmişdir.

Türkiyənin Isparta şəhərində təcrübəli mühəndislərin bir araya gəlməsi ilə təsis edilən “CNT Mühendislik” üst səviyyə texnologiyalar üzrə ixtisaslaşmışdır. Emal zavodumuzun layihəsinin hazırlanmasında birbaşa iştirak etmişdir.

Dümmen Orange Şirkəti dünya üzrə kəsmə güllərin, dibçək güllərinin yetişdirilməsi və inkişaf etdirilməsi üzrə böyük pay sahibidir.

De Ruiter şirkəti Holland şirkətidir və dünya üzrə kəsmə güllərin, dibçək güllərinin yetişdirilməsi və inkişaf etdirilməsini həyata keçirir.