Vizyon

Təbii və xoş təravətli məhsullarla insanların təbiətlə ahəngini təmin etmək.



Missiya

Şirkətin missiyası ixtisaslaşmış yerli gül istehsalçısı kimi ölkənin gül bazarını təmin etmək, yüksək keyfiyyətli və çoxçeşidli gülləri hamı üçün əlçatan etməkdir.



Dəyərlər

  1. Keyfiyyət - Təbii və keyfiyyətli məhsullarla müştəriləri təmin edir, xidmətdə yüksək keyfiyyəti əsas meyar qəbul etməklə yanaşı, bütün işlərimizə keyfiyyətlə yanaşırıq.
  2. Dürüstlük - Bütün tərəfdaşlarımıza qarşı dürüst davranırıq və işlərimizdə şəffaflığı əsas meyar qəbul edirik.
  3. Fərqlilik - Məhsul çeşidliliyimizə hər zaman diqqət edirik, müxtəlif və standartlardan fərqlənən məhsullarla müştərilərimizin zövqünü oxşayırıq.
  4. Qayğı - Müştərilərimizə, ətraf-mühitə, təbiətə, cəmiyyətimizə qarşı qayğı ilə yanaşırıq. Bununla yanaşı öz şirkətimizə, şirkətimizin resurslarına və əməkdaşlarımıza qarşı da qayğı göstəririk.
  5. Səmərəlilik - Məhsullarımıza ollan qulluq zamanı, məhsulların yığımı, ishtehsalat və bütün digər fəaliyyətlərimizdə səmərəliliyə önəm veririk.
  6. Təşəbbüskarlıq - Daim əməkdaşlarımızın təşəbbüskarlıq göstərməsi üçün mühit formalaşdırırıq. Şirkətimizə, müştərilərimizə və cəmiyyətə fayda yarada biləcək yeni layihələr və yenilikçi ideyalara şərait yaradırıq.