La Rossa

La Rossa hibrid çay qızılgülü nəcibliyin və klassik zərifliyin təcəssümüdür. Onun tünd qırmızı, məxməri ləçəkləri, zərif qədəh formalı qönçəsi və ifadəli rəngi bu sortu  qızılgüllərinin ən möhtəşəm nümayəndələrindən birinə çevirir.

Xüsusiyyətləri:

Çiçək: İri, sıx ləçəkli, klassik qədəh formalı. Diametri 10–12 sm.

Rəngi: Tünd qırmızı, məxməri teksturalı ləçəklərlə.

Ətri: Yüngül, zərif və incə çiçək notları ilə.

Kol: Güclü inkişaf edən, dik böyüyən, sıx tünd-yaşıl yarpaqlıdır. Hündürlüyü 80–100 sm.

Çeşidlərimiz